AZ

Bu mühüm şəhərdə 7,7 bal gücündə zəlzələ olacaq - Dağıntı və böyük təlafatlarla bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Bina Təftiş və Zəlzələ Mühəndisliyi Dərnəyinin Bursa Şöbəsinin (YDDMD) sədri Serkan İşıq Bursadakı 53 nəfərlik bir qrup ilə təxminən 8 aydır davam edən işlərindən danışıb.

 

Ekologiya.az xəbər verir ki, sədrin sözlərinə görə, Bursanı 7,7 bal gücündə zəlzələ gözləyir.  Bildirilib ki, hazırda istifadə edilən binalar 1950-ci ilə aid binalardır. Şəhərdə zəlzələ baş verərsə, mərkəzdən keçən yoldan başqa alternativ yoxdur: 

 

"Hər kəs İstanbuldan danışır, amma İstanbul özünü yeniləyir. Ancaq Bursada istənilən gəlir əldə olunmadığı üçün özəl sektor yeni qəsəbələrə üz tutur. Son seçkilərdən təxminən 3 ay keçib, amma heç kim şəhər infasturkturunun təkmilləşdiriməsindən danışmır. Bu, hər kəsi riskə atmaq deməkdir. Hər kəs bilməlidir ki, Bursa 6,5 ballıq zəlzələyə tab gətirə bilməz”.Sfera.az

Seçilən
78
19
ekologiya.az

10Mənbələr