AZ

Rusiya Davidyana görə Avstriyaya cavab verdi

Rusiya Vyananın TASS-ın müxbiri Arina Davidyanın akkreditasiyasını ləğv etməsinə cavab olaraq Avstriyanın ORF kanalının müxbiri Karol Şnayderi ölkədən çıxarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“İyunun 26-da Avstriyanın ORF teleradio şirkətinin Moskva bürosunun baş müxbiri Karol Şnayder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona akkreditasiya sertifikatını təhvil vermək və yaxın vaxtlarda Rusiya ərazisini tərk etmək əmri verilib”, - məlumatda qeyd olunub.

Seçilən
91
3
bakivaxti.az

4Mənbələr