AZ

Abşeron rayonunda 26 İyun –Silahlı Qüvvələr Günü qeyd edilib

Abşeron

Xırdalan, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

26 İyun –Silahlı Qüvvələr Günündə Abşeron rayonunda yerləşən Şəhidlər xiyabanları və Xatirə kompleksləri ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə şəhidlərimizin məzarlarını ziyarət edib, onların xatirəsini hörmətlə yad edib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilən şəhərlər, kənd və qəsəbələr sürətlə bərpa edilir, məcburi köçkünlər öz yurdlarına böyük iftixarla qayıdırlar. Azərbaycan Ordusunun qüdrəti sayəsində xalqımız bundan sonra da tam təhlükəsiz yaşayacaq.

Abşeron rayonunun “Şəfəq” qəsəbəsində də şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin iştirakı ilə Silahlı Qüvvələr Günü qeyd edilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Vətən müharibəsi qazisi Vidadi Əliyev çıxış edərək Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğunun daim dövlətin prioritet məsələlərindən biri olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, uzaqgörənliyi və güclü ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində xalqımız düşmən üzərində şanlı Qələbə qazandı.

Tədbir bədii hissə ilə davam edib.

Görüşlərdə şəhid ailələri dövlət tərəfindən onlara daim diqqət və qayğının göstərildiyin görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
18
azertag.az

10Mənbələr