AZ

“Neftçi”yə yeni baş məşqçi təyin edilib

"Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis azərbaycanlı azarkeşlərə də yad deyil. O, 2014-2018-ci illərdə "Qəbələ”nin baş məşqçisi olub.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
18
anews.az

4Mənbələr