AZ

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb

Bakı. Trend:

“Wikileaks” portalının təsisçisi Culian Assancın göyərtəsindəolduğu təyyarə Avstraliyanın paytaxtı Kanberraya eniş edib.

Trend xəbər verir ki, hava limanında onu həyat yoldaşı StellaAssanc, atası və dəstəkçiləri qarşılayıblar.

Culian Assanc böyük alqış sədaları altında onu Avstraliyayaqaytaran təyyarədən düşüb. O, yumruğunu göyə qaldıraraq Kanberradatoplaşan izdihamı salamlayıb. Daha sonra həyat yoldaşı və atası iləgörüşüb.

Qeyd edək ki, Culian Assanc ABŞ hökuməti ilə razılığa gələrəkAmerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirliolduğunu etiraf edib. Onu azadlığa çıxaran məhkəmə prosesi ABŞ-ınQərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasındakeçirilib.

Seçilən
37
14
az.trend.az

10Mənbələr