AZ

"Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir" - Zaxarova

Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir.

APA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, hər yerdə olmaq və heç bir məsuliyyət daşımamaq Fransanın siyasətinə xas xüsusiyyətdir: “Cənubi Qafqazdakı münaqişə kontekstində isə Fransa tərəfinin onu həll etmək üçün milyonlarla imkanları var idi, məsələn, Minsk razılaşmaları.

Bu yalnız görüntü idi. Əsl təzahürlər başqa yerlərdə idi - anti-Rusiya yolunda Kiyev rejiminə qeyd-şərtsiz dəstək. Əslində isə Paris heç bir sülh müqavilələrində maraqlı olmayıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
7
azpolitika.info

8Mənbələr