AZ

"Ermənistanın bu qərarından məmnunuq" - Ərdoğan

"Biz Norveç, İrlandiya və Sloveniyanın vicdanlı mövqeyinin bütün Avropa üçün nümunə olmasını istəyirik". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin hakim “Ədalət və İnkişaf” partiyası ilə görüşündə deyib. 

O, çıxışında Ermənistanın Fələstin dövlətini tanımaq qərarına toxunub: "Baş nazir Paşinyanın rəhbərliyi ilə Ermənistanın Fələstin Dövlətini tanımaq qərarından məmnunuq".

Xatırladaq ki, ötən həftə Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın Fələstinin müstəqilliyini tanıdığını açıqlamışdı.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
44
unikal.az

10Mənbələr