AZ

Ardıcıl 4-cü dəfə

İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib. Komanda ardıcıl 4-cü dəfə Avropa çempionatlarında qrup mərhələsini uduzmadan adlayıb.

Komanda ardıcıl beşinci dəfə Avropa çempionatlarında pley-offa vəsiqə qazanıb. Bundan başqa Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv Avropa çempionatlarının qrup mərhələlərində keçirdiyi son 14 matçda məğlubiyyət üzü görməyib.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Sloveniya ilə qarşılaşıb. Qolsuz bitən görüşdən sonra komanda qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Seçilən
84
futbolinfo.az

1Mənbələr