AZ

Qazax əsilli Rusiya şairi vəfat etdi

Qazax əsilli Rusiya şairi Baxıt Kenjeyev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun həmkarları Feysbukda məlumat veriblər.

73 yaşlı şair Nyu-Yorkda ağır xəstəlikdən vəfat edib.

1950-ci ildə Qazaxıstanda anadan olan şair, uşaq yaşlarında ailəsi ilə birlikdə Moskvaya köçüb. 1970-ci illərdə “Moskva vaxtı” şeir dərnəyinin üzvü olan Kenjeyev 1982-ci ildə Kanadaya, 2008-ci ildə ildə isə Nyu-Yorka köçüb.

İlk şeir kitabı 1984-cü ildə ABŞ-da nəşr edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
4
kulis.az

5Mənbələr