![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1719390908_1ea7105b-b072-461d-9b89-507b0bac458f.jpg)
“Zirə”nin Avropa Liqasının I Təsnifat mərhələsindəki ilk oyununun hakimi bəlli olub.
Sportnet.az xəbər verir ki, iyulun 11-də baş tutacaq “Şerif” – “Zirə” matçını İsveçrədən olan hakimlər idarə edəcək.
Moldovada keçiriləcək görüşdə Alessandro Dudiç fit çalacaq. 35 yaşlı referi 2018-ci ildə İsveçrə birinci liqasında debüt edib. O, UEFA Gənclər Liqasında 2, Konfrans Liqasında 1, gənc və yeniyetmə futbolçular arasında Avropa çempionatlarının seçmə mərhələlərində 5 oyun idarə edib.
Qeyd edək ki, “Şerif” İdman Kompleksində baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra “Liv Bona Dea Arena”da baş tutacaq. Matç saat 20:00-da start götürəcək.