AZ

Dolu düşəcək, leysan olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysanxarakterli intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək,gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi səhərmülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, havanın temperaturu gecə 18-20°, gündüz 25-28° olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclüolacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdəqar yağacağı ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılartədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi gecə vəsəhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23°, gündüz 25-30°, dağlardadağlarda gecə 6-11°, gündüz 13-18° olacaq.

Məqalədə:
Seçilən
123
49
az.trend.az

10Mənbələr