AZ

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Ukrayna

Kiyev, 26 iyun, AZƏRTAC

Prezident Volodimir Zelenski Ukraynada Pilotsuz Sistemlər Qüvvələrinin yaradılması haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edən Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin saytında məlumat verilib.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi pilotsuz sistemli qoşunların yaradılması haqqında” qərarı qüvvəyə minsin”, - deyə Fərmanda deyilir.

Bu sənəd dərc edildiyi gündən qüvvəyə minir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
8
azertag.az

10Mənbələr