AZ

Küçədə başına şüşə düşən kişi öldü - Şəkidə FACİƏ

Şəkidə 38 yaşlı kişi faciəli şəkildə ölüb.

Day.Az lent.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyti tapılıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Aqil Şamil oğlu İsmayılov olması müəyyən edilib.

İlkin ehtimala görə, A. İsmayılovun küçə ilə gedərkən üzərinə şüşə düşüb.  

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
48
6
day.az

7Mənbələr