AZ

Korona virusu canlandı: Yoluxmaların sayı artır, kişilər daha çox risk altındadır

2019-cu ilin son həftələrində ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən və milyonlarla insanın ölümünə səbəb olan koronavirus Avropada yenidən qorxu yaymağa başlayıb.

Turkustan.az xəbər verir ki, dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası Böyük Britaniyada çaxnaşma yaratmağa davam edir...

Yüz milyonlarla insanı yoluxduran və uzaqdan iş, evdə sifariş proqramları, sosial məsafə və gigiyena kimi mövzularda gündəlik həyata böyük təsir göstərən koronavirusun bəzi yeni variantları İngiltərədə yayılmağa başlayıb.

Rəsmi məlumatlara görə, FLiRT olaraq da bilinən Covid-19-un yeni variantının alt variantı olan KP.3-ün aprel ayında ortaya çıxdığı və son vaxtlar halların sayını artırdığı bildirilib.

Bildirilib ki, 2024-cü ilin aprel ayına olan məlumata görə, FLiRT variantı ölkədəki bütün Covid-19 variantlarının 40 faizini təşkil edib, xəstəxanaya yerləşdirilmə nisbətləri isə 22 faizdən 24 faizə yüksəlib.

Digər tərəfdən İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi kişilərin qadınlara nisbətən bu xəstəliyə daha çox yoluxduğunu açıqlayıb. İyunun 1-dən iyunun 19-dək bu virusa yoluxan qadınların sayı hər 100 000 nəfərə 3,63, kişilər üçün isə 3,88 olaraq qeyd edilib. O da açıqlanıb ki, iyunun 17-dək bu rəqəm hər 100 min nəfərə 4,4-ə çatıb.

İngiltərə mətbuatına açıqlama verən Lids Universitetinin professoru Steven Griffin, "Yeni bir Covid-19 dalğası yaranır. Mövcud peyvəndlərlə dövriyyədə olan viruslar arasında fərq var" dedi.

Səlahiyyətlilər Covid-19-un simptomlarını aşağıdakı kimi sıraladılar:

- Yüksək hərarət və titrəmə

- Yeni, davam edən öskürək

- Dad və qoxu itkisi

- Nəfəs darlığı

- Yorğunluq

- Bədən ağrısı

- Baş ağrısı

- Boğaz ağrısı

- Burun tutulması və ya burun axması

- İştahsızlıq

- İshal

- Ürəkbulanma

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
turkustan.az

3Mənbələr