AZ

24 il gözlənilən qələbə

Avstriya yığması 24 ildən sonra rəsmi matçda Niderlanda qalib gəlib.

“İki sahil” xəbər verir ki, Ralf Ranqnikin komandası AVRO-2024-ün qrup mərhələsində 3:2 hesabı ilə üstün olub.

Bu qələbə avstriyalılara qrup qalibi kimi pley-offa yüksəlmək imkanı verib. Avstriya millisi sonuncu dəfə Niderlandı 1990-cı ilin mayında yoldaşlıq matçında 3:2 hesabı ilə məğlub edib. Bundan sonra yığmalar arasında keçirilən 7 oyunda "narıncılar" (4 yoldaşlıq, 3 rəsmi) üstün olublar.

Qeyd edək ki, Avstriya tarixində 2-ci dəfə pley-offa vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr