AZ

Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq - Ərdoğan

Bakı. Trend:

Müasir çağırışlar Türkiyəni eyni zamanda bir çox cəbhədəcinayətkarlığa qarşı durmağa məcbur edir. Təkcə son bir ildəhüquq-mühafizə orqanları və ordu tərəfindən bölgədə 43 min 765əməliyyat keçirilib, ümumilikdə 1045 PKK terrorçusu məhvedilib.

Trend xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanbildirib.

Onun sözlərinə görə, cinayətkarlıqla mübarizədə Türkiyəhərbi-sənaye kompleksinin son nümunələrindən istifadə edilir ki, buda qanlı təşkilatların fəaliyyət çərçivəsini daraldır,terrorçuların sıralarına yeni silahlıların axınını dayandırır.

“Yayda terrorizmlə mübarizədə əhəmiyyətli nəticələr əldə etməyəyönəlmiş yeni, daha genişmiqyaslı əməliyyatlar həyata keçiriləcək”,- deyə siyasətçi əmin edib.

Türkiyə Prezidenti Fətullah Gülən Terror Təşkilatının (FETÖ)yaratdığı təhlükəyə də diqqət çəkərək, təkcə son bir ildə 5827əməliyyat keçirildiyini, bu əməliyyatlar çərçivəsində FETÖ iləəlaqəsi olan 9350 şübhəlinin saxlanıldığını qeyd edib.

“Kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanlarının birgəsəyləri ilə il ərzində Türkiyədə 603 mütəşəkkil cinayətkar qrupunfəaliyyəti aşkar edilərək qarşısı alınıb”, - deyə Türkiyənin lideribildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin iqtisadiyyatına, turizminə,ticarətinə və xalq diplomatiyasına zərər vurmaq cəhdlərinin qarşısıqətiyyətlə alınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
9
az.trend.az

10Mənbələr