AZ

Ordumuz çox böyük tarix yazıb - Kamaləddin Qafarov

Bakı. Trend:

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətiölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətliaddımlar atmışdı. Müstəqilliyin bəyan olunmasından bir aydan da azmüddət sonra, 1918-ci il iyunun 26-da milli hökumətin qərarı iləilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı.Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ənvacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər HeydərƏliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün –26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elanolundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmidövlət bayramı kimi qeyd edilir.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli Lider HeydərƏliyevin adı ilə bağlı olduğunu vurğulayan deputat bildirib ki, buistiqamətdə hələ sovet dönəmində atılan addımlarla bugünkü silahlıqüvvələrimizin əsası qoyulub: “Azərbaycanın 70 il ərzindətərkibində olduğu keçmiş SSRİ-nin siyasi rəhbərliyi respublikamızdamilli hərbi kadrların yetişməsində maraqlı deyildilər. Buna görə də1920-1970-ci illəri əhatə edən dövrdə hərbi sahədə Azərbaycanındemək olar ki, heç bir nailiyyəti yox idi. Yalnız 1969-cu ildə, UluÖndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonraAzərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqətyetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə özxalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Liderimiz qarşıyaçıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə AzərbaycandaCəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmaqla,bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermişoldu. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonraC.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsasbazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsindəazərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı AliHərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nindigər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilkillərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləriciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhranasaldı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidənhakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldəolundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbimünaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra AzərbaycandaMilli Ordusunun formalaşdırılmasına start verildi”.

K.Qafarov Azərbaycan Silahlı Qüvvələrinin öz missiyasının ənvacib və ən şərəfli vəzifəsini 2020-ci ildə, Müzəffər Ali BaşKomandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağsavaşında tarixi Qələbə əldə etməklə həyata keçirdiyini diqqətmərkəzinə çəkib:

“Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrinmaddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturunyaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənziltəminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinininkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzindəsaxlanılan prioritet istiqamətlərdir. Müzəffər Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrdaəks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfərəldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizimtərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi vəkapitulyasiya aktını imzalamağa məcbur oldu. Keçən ilin sentyabrayında isə cəmi bir gün davam edən antiterror əməliyyatınəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpaedildi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
16
az.trend.az

10Mənbələr