AZ

EkologiyaOğuzda güclü külək və leysan yağışı fəsadlar törədib

Oğuz rayonunda hava şəraitinin kəskin pisləşməsi müəyyən fəsadlar törədib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, leysan yağışından sonra əsən güclü külək nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində ağaclar yola aşıb.

Nəticədə yol bir müddət bağlı qaldıqdan sonra aidiyyəti qurumlar tərəfindən açılıb.

Seçilən
33
1
far.az

2Mənbələr