AZ

Azərbaycanlı zəvvarlar həcc ziyarətini başa vurublar

Azərbaycandan olan zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcc ziyarətini başa vurublar.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayev Trend-ə açıqlamasında bildirib.

Zəvvarlar Məkkə şəhərində ziyarət dövründə həccin əməllərini mərhələlərlə yerinə yetiriblər. Həcc Ziyarətinin zəvvarların Məkkədən sonra Mədinə şəhərini ziyarət etməsilə yekunlaşdırılması nəzərdə tutulur. S.Musayev bildirib ki, artıq bir neçə gündür Azərbaycan zəvvarları qruplarla mərhələli şəkildə Mədinəyə yola salınıblar.

Salman Musayev bildirib ki, iyunun 26-dan azərbaycanlı zəvvarların Mədinədən Azərbaycana qayıdışı başlayır. Sonuncu zəvvar qrupu iyulun 1-də Azərbaycana qayıdacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
17
demokrat.az

10Mənbələr