AZ

AÇ-2024: Türkiyə Çexiyaya qarşı

Bu gün Avropa çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə də 4 oyun baş tutacaq.

Öncə E qrupunda Slovakiya yığması Rumıniyanı, Ukrayna millisi isə Belçikanı sınağa çəkəcək. Bütün komandaların hesabında 3 xal olduğu üçün bu qrupda bütün suallara son turda aydınlıq gələcək.

F qrupunda isə Türkiyə millisi Çexiya ilə, Gürcüstan yığması da Portuqaliya ilə üz-üzə gələcək. Bu qrupda Portuqaliya növbəti mərhələyə vəsiqəni daha öncə təmin edib. Digər komandalar isə mərhələ şanslarını saxlayırlar.

AÇ-2024
25 iyun

E qrupu

20:00. Slovakiya – Rumıniya
Baş hakim: Daniel Zibert (Almaniya).
Frankfurt. “Valdstadion”.

20:00. Ukrayna – Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.

Xallar: Rumıniya – 3. Belçika – 3. Slovakiya – 3. Ukrayna – 3.

F qrupu

23:00. Çexiya – Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq. “Volksparkstadion”.

23:00. Gürcüstan – Portuqaliya
Baş hakim: Sandro Şerer (İsveçrə).
Gelzenkirxen. “Veltins Arena”.

Xallar: Portuqaliya – 6. Türkiyə – 3. Çexiya – 1. Gürcüstan – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
futbolinfo.az

3Mənbələr