AZ

Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir. Ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2 101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Xatırladaq ki, dörd istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (“Enterobacteriaceae”) aşkarlanıb. Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.

Məhsulun adıİstehsalçıİstehsal və son
istifadə tarixi
Aşkar edilmiş uyğunsuzluq
1“Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma“Rich S.A” MMC30.01.2024 – 30.03.2025Enterobacteriaceae bakteriyası
2“Vineto” əmtəə nişanlı qozlu dondurmaFiziki şəxs Yusubova Sərngül Kərəm qızı22.04.2024 – 22.02.2025Enterobacteriaceae bakteriyası
Seçilən
113
21
yenigundem.az

10Mənbələr