AZ

Alen Berse Avropa Şurasının yeni Baş katibi seçildi

İsveçrənin keçmiş prezidenti Alen Berse Avropa Şurasının yeni Baş katibi seçilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.

Agentliyin məlumatına görə, 52 yaşlı Berse bu postda Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək. Onun mandatı sentyabrın 18-də başlayacaq.

Xatırladaq ki, Berse 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti olub.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
milli.az

10Mənbələr