AZ

Netanyahunun həyat yoldaşının ordunu ərinə qarşı çevriliş etmək cəhdində günahlandırdığı iddia olunur

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun, ötən həftə bir qrup əsirin qohumuyla görüşü zamanı ordu komandanlığını ərinə qarşı hərbi çevriliş cəhdində ittiham etdiyi iddia olunur.

APA xəbər verir ki, “Haaretz” qəzetinin yaydığı məlumata görə Sara Netanyahu əsirlərin qohumları ilə görüşü zamanı bir neçə dəfə İsrail ordusunun komandanlığına inanmadığını və ərinə qarşı çevriliş etməyə çalışdıqlarını bildirib.

Məsələyə münasibət bildirən Sara Netanyahunun sözçüsü isə “Xanım Netanyahunu narahat edən yalan, qərəzli və daimi sızıntılar iyrənc ədalətsizlikdir” deyib.

O həmçinin Sara Netanyahunun ailələrlə görüşü zamanı çoxlu ordu rəsmilərinin də olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
apa.az

3Mənbələr