AZ

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı

ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Andrey Belousov ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə bildirib.

O qeyd edib ki, nazirlər rabitə əlaqələrinin əhəmiyyətini müzakirə edib.

Rayder telefon danışığının Ostinin təşəbbüsü ilə baş tutduğunu və bunun 2023-cü ilin martından bəri Ostin ilə rusiyalı həmkarı arasında ilk danışıq olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
axar.az

10Mənbələr