AZ

Bayraktar TB3 11 min metr yüksəkliyə qalxıb

Bakı. Trend:

Türkiyənin yerli və milli imkanlarla hazırladığı Bayraktar TB3Keşanda müvəffəqiyyətlə keçirilən Yüksək Hündürlük SistemininTanıma və Performans Testində yerli mühərriki ilə 36.310 futyüksəkliyə qalxıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəBaykardan bildirilib.

TEI-nin yerli istehsal etdiyi PD-170 mühərriki ilə havaya qalxanPUA beləliklə daha bir kritik həddi keçib.

Bayraktar TB3 indiyə qədər həyata keçirilən sınaq uçuşlarındacəmi 445 saat 03 dəqiqə havada qalıb.

20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş testində PUAenmədən əvvəl 32 saat havada qalıb və səmada 5700 km məsafə qətedib.

Məlumat üçün qeyd edək ki, Türkiyə milli aviasiya tarixindəyüksəklik rekordu, 45 min 118 fut ilə Baykar tərəfindən inkişafetdirilən Bayraktar AKINCI TİHA-ya aiddir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
az.trend.az

2Mənbələr