AZ

Kanada vətəndaşlarına çağırış etdi - O ölkəni tərk edin!

Kanada vətəndaşlarına fürsət tapdıqca Livanı tərk etməyə çağırıram.   Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kanadanın xarici işlər naziri Melani Joli deyib. "Hizbullah və İsrail arasında davam edən və artan zorakılıq səbəbindən Livanda təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabit və gözlənilməz xarakter alır və xəbərdarlıq edilmədən daha da pisləşə bilər.

Kanadalılara mesajım Yaxın Şərq böhranının başlanğıcından bəri aydındır: indi Livana getməyin vaxtı deyil. Hazırda Livanda olan kanadalılar üçün kommersiya uçuşları mövcud olduğu müddətdə oradan ayrılma vaxtıdır", - nazir bildirib.

Seçilən
115
8
manset.az

9Mənbələr