AZ

Ukrayna: Rusiyanın Xarkova hücumu nəticəsində 3 nəfər ölüb

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Xarkovu idarə olunan bomba ilə vurması nəticəsində 3 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirib.

525.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiyanın Xarkovu növbəti dəfə idarə olunan hava bombaları ilə vurduğunu bildirib.

Hücumda bir evin vurulduğunu deyən Zelenski: "Hazırda 19 yaralı və 3 ölü var. Ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə əlavə edib.

Zelenski qeyd edib ki, Rusiyanın idarə olunan bombalarla hücumları dayandırılmalıdır.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
525.az

2Mənbələr