AZ

Qrizmann Fransa yığmasında rekordçu olub

Antuan Qrizmann Fransa yığmasının rekordçusu olub.

İdman.biz xəbər verir ki, o, böyük turnirlərdə 33-cü dəfə komandanın formasını geyinib.

Qrizmann AVRO-2024-ün qrup mərhələsində Polşa ilə matçın 61-ci dəqiqəsində meydana daxil olub. Bununla da, 33 yaşlı futbolçu Avropa və dünya çempionatlarında ən çox oyun keçirən fransalı kimi tarixə düşüb. O, hesabında 32 görüş olan Lilian Türamı arxada qoyub.

Qeyd edək ki, Antuan Fransa yığmasında 132 oyun keçirib. O, bu görüşlərdə 44 qol və 32 ötürmə ilə yadda qalıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
idman.biz

2Mənbələr