AZ

İsraildə ortodoksal yəhudilər də orduya çağırılacaq


İsrail Ali Məhkəməsi ölkə hökumətinə dini məktəblərdən tələbələri orduya çağırmağı əmr edib.
Yeniavaz.com
xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.
Məhkəmə bəyanatında ortodoksal tələbələrin hərbi xidmətə cəlb edilməməsinin heç bir hüquqi əsasının olmadığını bildirib və müharibənin bu dövründə qeyri-bərabərlik yükünün xüsusilə kəskin hiss edildiyini vurğulayıb.
Qeyd edək ki, İsrail ordusunda ortodoksal yəhudilərin hərbi xidməti məsələsi uzun illərdir aktiv şəkildə müzakirə olunur. Yeşivaların (dini təhsil müəssisələri) tələbələri üçün möhlət verilməsinə zəmanət verən qanun 1949-cu ildən qüvvədədir. 2017-ci ildə Ali Məhkəmə onu ləğv edib.
Amma faktiki olaraq, qanunun ləğvindən sonra heç nə dəyişməyib - Benyamin Netanyahu hökuməti (hakim koalisiya da ortodoksalların dəstəyinə arxalanır) xüsusi fərmanların köməyi ilə möhlətləri müntəzəm olaraq uzadıb. Ali Məhkəmənin yeni qərarından sonra bu, artıq mümkün olmayacaq. Ortodoksal yəhudilər İsrail əhalisinin təxminən 13%-ni təşkil edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
yeniavaz.com

2Mənbələr