AZ

Nigeriyada silahlı hücum: 7 ölü

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Katsina əyalət polisinin sözçüsü Abubakar Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar.

Sadiq hücumda 7 nəfərin həyatını itirdiyini, çox sayda insanın yaralandığını qeyd edib.

Qeyd edək ki, bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı araşdırmalara başlanıldığını deyib.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
525.az

3Mənbələr