AZ

Qərbi Azərbaycan futbol kuboku üzrə hazırlıqlar başlayır

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycanın Keşişkənd Rayon İcmasının rəhbəri prof. Mahirə Hüseynova ilə Keşişkənd futbol komandası heyətinin görüşü keçirilib.

Ednews xəbər verir ki, 25.06.2024-cü il tarixində ADPU-da baş tutan görüşdə Keşişkənd Rayon İcmasının müavinləri Məhəmməd Nəcəfov, Möhübbət Məmmədov, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d. Leyla Calalova, QAİ gənclərlə bağlı məsul şəxs Anar Rzaquliyev, futbol komandasının məşqçisi Şəhriyar Calalov və oyunçular iştirak ediblər.

Qeyd edək ki, 26 iyun-06 iyul tarixlərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə mini futbol üzrə Qərbi Azərbaycan kuboku keçiriləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
ednews.net

3Mənbələr