AZ

Qardaşlar arasında münaqişə bıçaqlanma ilə nəticələndi

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

 

Şəhər sakini, 2003-cü il təvəllüdlü Sənan Elşən oğlu Babayev aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Sədan Elşən oğlu Babayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Qonşuları qardaşların heç kimlə problemlərinin olmadığını söyləyib:

 

"Uşaqlar işə gedib-gəlirdilər, heç kimlə problemləri yox idi. Şirindilli, mehriban ailə idi. Qardaşlar da subay idi".

 

Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 25 İyun 2024, 21:49   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
5
pravda.az

6Mənbələr