AZ

Dağıstanda törədilən hücumlarda ölənlərin sayı 21 nəfərə çatıb

Rusiyanın Dağıstan Muxtar Respublikasının administratoru Mövsüm Rəhimov Mahaçqala və Dərbənd şəhərlərində törədilən silahlı hücumlar nəticəsində ölənlərin sayının 21-ə yüksəldiyini bildirib.
M.Rəhimov rəsmi Teleqram kanalında iyunun 23-də Mahaçqala və Dərbənd şəhərlərində polis bölməsi, sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarla bağlı paylaşım edib.
"Dünən daha bir polis əməkdaşı həyatını itirib. O, terror təhlükəsi ilə mübarizə apararkən sevdiklərinə və ölkəsinə sipər olmaqdan qorxmayıb. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm'',-deyə Mövsüm Rəhimov qeyd edib.
Rusiya Daxili İşlər Nazirliyi bazar günü naməlum silahlı şəxslərin Mahaçqala və Dərbənd şəhərlərində hücum törətdiyini açıqlayıb.
Polis bölməsi, sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarda 15-i polis, 5-i mülki vətəndaş  olmaqla 20 nəfərin həyatını itirdiyi, 5 təcavüzkarın öldürüldüyü bildirilmişdi.
Rusiya mətbuat orqanlarının yaydığı xəbərlərdə hücumu həyata keçirən iki təcavüzkarın Dağıstanın Serqokalinski bölgəsinin administratoru Maqomed Ömərovun oğulları olduğu irəli sürülüb.
Hücumdan sonra M.Ömərovun saxlanılaraq vəzifəsindən azad edildiyi bildirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
trt.net.tr

2Mənbələr