AZ

Naço “Real”dan ayrıldı

"Real"ın kapitanı Naço Madrid klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Real" yetirməsi olduğu Naçoya klubdakı  23 illik karyerasına görə təşəkkür edib.

Hazırda İspaniya millisinin heyətində Avro-2024-də iştirak edən 34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Kadsiah" klubuna keçəcəyi də dəqiqləşib.

11 yaşından "Real"da olan Naço başqa heç bir klubda çıxış etməyib. O, 2001-ci ildə əsas komandada debüt edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
8
rekord.az

9Mənbələr