AZ

Aydın Sani: “Özünü çöldə qoyan “xanımcığazlar”…

“Qlamurkalar, özünü çöldə qoyan xanımcığazlar çıxıb efirə deyirlər ki, mənim səsim var. Sən kimsən? Bilirsən nə qədər insanın zövqünü bədbəxt edirsən? Mənim ürəyim bu cür ifaçılara və onların oxuduğu zövqsüz mahnılara bulanır”.

Medianews.az lent.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aydın Sani qonaq olduğu şou proqramda deyib.

“Əgər mənə desələr ki, “biz bu axını silsək sən də onun içində gedəcəksən”, and olsun Allaha ki, buna razıyam. Bu cür ifaçılar çoxdur. Birdən deyərlər ki, “bu özü kimdir axı, belə böyük-böyük danışır”. Məsləhət olsa, əgər mən də zövq korlamışamsa və o zövq korlayanlar arasındayamsa, sizin önünüzdə bayraq tutub gedəcəyəm.

Qoy, bizim efirlərimiz bu cür zövqsüz ifaçılardan təmizlənsin. Heç kim öz ayranına turş deməz. Efir səndən kübar və gözəl şəkildə oturuşu-duruşu istəyir.Mən yaşlı sənətkarlarımızı anlayıram ki, niyə dişlərini bərk-bərk sıxıb, kənarda “fısıldayırlar” və əsəbdən el dili ilə desək zəncir çeynəyirlər”, – o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
9
medianews.az

10Mənbələr