AZ

Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgi açıldı

Milli Kitabxanada “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htmlinkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi zamanı qazanılan möhtəşəm Qələbə haqqında, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olmuş hərbiçilər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Seçilən
112
3
kulis.az

4Mənbələr