AZ

Rusiyadan Avropa İttifaqına cavab

Rusiya iyunun 25-dən etibarən öz ərazisində bəzi Avropa İttifaqı (Aİ) media qurumlarının yayım resurslarına çıxışı məhdudlaşdıracaq.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfi bununla Aİ Şurasının mayın 17-də qəbul etdiyi və iyunun 25-dən qüvvəyə minən Rusiyanın üç media orqanının yayım fəaliyyətini qadağan edən qərarına cavab verir. Xatırladaq ki, iyunun 24-də Aİ Rusiyaya qarşı 14-cü sanksiya paketini qəbul edib. O cümlədən, sanksiyalar “RİA Novosti” xəbər agentliyi, “İzvestiya” qəzeti və “Rossiyskaya qazeta”ya şamil edilib.   Fidan Əliyeva

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
manset.az

3Mənbələr