AZ

Sülh sazişi ilə bağlı son dəqiqə açıqlaması 

"Biz gərginliyi azaltmaq və regionda dayanıqlı sülhə nail olmaq üçün xoş niyyətli səyləri alqışlayırıq. Birləşmiş Ştatlar gələcək addımları tərəflər üçün faydalı olan istənilən yolla dəstəkləməyə hazırdır". 

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi ER İctimai Televiziyasının sorğusuna cavab olaraq bildirib. 

"ABŞ Ermənistan tərəfinin atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini necə qiymətləndirir?" sualına cavabında səfirlik bunları qeyd edib: 

"Son bir ildə tərəflər xeyli irəliləyiş əldə ediblər. Biz tərəfləri anı qaçırmamağa, əvvəlki danışıqları davam etdirməyə və müqaviləni mümkün qədər tez imzalamağa çağırırıq. Ümid edirik ki, Ermənistan və Azərbaycan tezliklə suverenlik və ərazi bütövlüyünü tanıyan uzunmüddətli sülh sazişi imzalayacaq". 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
yenisabah.az

3Mənbələr