AZ

"Sabah" həmişə mənim evim olub" - Yeni transfer

Almaniyalı hücumameyilli yarımmüdafiəçi Coy-Lens Mikkels "Sabah"a qayıdışına münasibət bildirib.

Prosport.Az xəbər verir ki, futbolçu instaqram səhifəsində Bakı klubuna keçidi barədə bunları yazıb:

"Bu gün böyük sevinclə hər zaman evim olan və belə də qalan kluba qayıdıram. "Sabah"dan uzaqda keçən bir il mənə bu klubun özüm üçün nə qədər vacib olduğunu və birlikdə yazdığımız ortaq tarixi göstərdi. Qayıtmağım klubla qarşılıqlı qərardır və təmiz səhifə ilə başlamaq fürsətinə görə minnətdaram. Mən başa düşürəm ki, ötən il çətin olub, lakin biz indi yeni nailiyyətlər üçün səylərimizi birləşdirərək irəliləməyə hazırıq. "Sabah" həmişə mənim evim, böyük uğurlar qazandığımız, birlikdə unudulmaz anlar yaşadığımız məkan olub. Meydana qayıtmağı və sadiq azarkeşlərimizə sevinc, qürur hissə bəxş etmək ənənəmizi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Coy-Lens Mikkels “Sabah”la 1+1 illik müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
prosport.az

2Mənbələr