AZ

MEK-də füzulişünas alimlərlə növbəti görüş keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) füzulişünas alimlərlə növbəti görüş keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə MEK-in direktoru dosent Hüseyn Hüseynov tədbirin Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən keçirildiyini diqqətə çatdırıb. Direktor Azərbaycan ədəbi-bədii fikir tarixində müstəsna əhəmiyyəti ilə seçilən dahi mütəfəkkirin ölməz yaradıcılığının diqqətdə saxlanıldığını, zaman-zaman onun müxtəlif aspektlərinə həsr edilmiş monoqrafiya, kitab və məqalələrin dərcini, dissertasiyaların müdafiəsini vurğulayıb, o cümlədən MEK-də şairin yubileyi ilə bağlı sərginin keçirildiyini və “Füzuli 530” adlı elektron bazanın yaradıldığını diqqətə çatdırıb.

Tədbirdə “Füzuli əsərlərinin əlyazmaları dünya kitabxanalarında”, “M.Füzuli əsərləri dünya miqyasında”, “Məhəmməd Füzulinin türkcə “Divan”ının ən qədim əlyazması” mövzularında məruzələr dinlənilib.

Seçilən
14
2
azertag.az

3Mənbələr