AZ

SON DƏQİQƏ! Dilan və Engin Polat cütlüyü yenidən həbsxanaya göndərildi - YENİLƏNİB+VIDEO

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat, Engin Polat və Sezgin Polatın sərbəst mühakimə olunmalarına qərar verilib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb. *** 2 cinayət işində təqsirləndirilən Dilan və Engin Polat cütlüyü yenidən həbsxanaya aparılıb. Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb digər məhkəmə işinin hələ də davam etməsi olub. Belə ki, bu gün baş tutan məhkəmədə cütlüyün sərbəst mühakimə olunması qərara alınsa da, onlar barəsində ikinci bir ittihamın olduğu bildirilib və yenidən həbsxanaya aparılıblar. Bildirilib ki, sosial media fenomeni Banu Parlakın iş yerinin önündə baş verən atışma ilə bağlı araşdırmalar yekunlaşmayıb.       Fidan Əliyeva Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
21
manset.az

10Mənbələr