AZ

Sabirabad Sənaye Məhəlləsində daha bir şirkətə rezidentlik verildi - FOTO

“Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində plastik tullantıların təkrar emalı layihəsi həyata keçiriləcək.

İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Bundan başqa “Azgreentech” MMC tərəfindən respublikanın bir çox bölgələrində (Bakı şəhəri və Abşeron yarımadası xaric) plastik tullantıların toplama məntəqələri qurulacaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.

Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
8
iqtisadiyyat.az

9Mənbələr