AZ

”İdeal hazırlanmış kremlərin dəri xərçəngi yaratmaq riski yoxdur" - HƏKİM FİKİR BİLDİRDİ

"Yay fəslində günəş daha da aktivləşir, havaların isti keçməsi ilə bağlı insanlar açıq geyimlərdən istifadə edirlər. Bu da dərini birbaşa aktiv günəş şüalarının təsirinə məruz qoyur. Ona görə də günəşdən qorunmaq vacibdir. Çünki günəş şüalarında infraqırmızı və ultrabənövşəyi şüalar var. Hansı ki, bunlar dəridə müəyyən ləkələr yarada bilir”. Bu sözləri SİA-ya danışan dermotoloq Sevinc Kərimova deyib.

Onun sözlərinə görə, aktiv günəş altında bir neçə saat olduqda günəş şüasından dəridə hətta suluqlara qədər inkişaf edən yanıqlar olur: “Mütəmadi açıq günəş altında olduqda dəri xərçənginin yaranmasını müşahidə edirik. Son illər dəri xərçəngi ilə bağlı müraciətlər həddən artıq çoxdur. Tövsiyə edirəm ki, evdən çıxdıqda mütləq şəkildə dərinizin açıq sahələrinə, üz, sinə, boyun nahiyəsinə mütləq şəkildə günəşdən qoruyucu kremlər istifadə edəsiniz. Bu kremlər dərini müəyyən qədər günəşin mənfi təsirlərindən qoruyur".

O bildirib ki, qoruyucu krem çəkilsə də, günəşin altında çox vaxt keçirmək olmaz: "Günəş kremi çəkib, gedib saatlarla günəş altında uzanmaq olmaz. Günəş şüalarını müəyyən saatlarda, səhər saat 11-dək və günorta saat 4-dən sonra qəbul etmək lazımdır. İlk dəfə yarım saat, sonra bu zamanı az-az artırmaq olar. O zamana qədər ki dəri özünə piqment yığsın, bir balaca rəngi tündləşsin ki, aktiv günəşdə dəri yanmasın".

Həkim SPF tərkibli kremlərin dəridə xəstəlik yaratdığının sübut olunmadığını vurğulayıb: "Qoruyucu kremlərin dəridə bir sıra xəstəliklər yaratdığı barədə neqativ fikirlər var. Əgər SPF kremlər normal istehsalçı tərəfindən istehsal olunubsa, onlarda heç bir problem yoxdur. Bunun dəri xərçəngi və dəridə digər fəsadlar yaratması ilə bağlı məlumatlar elmi təsdiqini tapmayıb. Ola bilər ki, hər hansı kustar üsulla hazırlanan kremlər günəşdən qoruyucu adı ilə satılır, amma ideal, normal hazırlanmış kremlərin dəri xərçəngi yaratmaq riski yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
14
sia.az

10Mənbələr