AZ

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

İyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasınınnövbəti iclası keçirilib.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə,iclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırmaprosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili vəədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.

Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb.

Bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanımərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçünkeçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllimiştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraqmüsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrarsertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiqkeçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarınaəsasən, imtahanda iştirak etməyən 402 müəllim dəsertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahanqaydalarını pozduğu üçün nəticələri ləğv olunub.

Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dilivə ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-isertifikatlaşdırma prosesində uğur qazanıb.

Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən ilsertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onlarınehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib,müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.

Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsiüzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib.Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb vəcavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasıprosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlısəhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyənedilməyib.

Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinətəqdim edilib.

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdəiştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçünnəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əməkqanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
9
az.trend.az

10Mənbələr