AZ

HƏMAS liderinin bacısı həlak oldu - İsrail ordusu daha 10 mülki sakini qətlə yetirdi

HƏMAS hərəkatı Siyasi Büronun rəhbəri İsmayıl Haniyənin bacısının Qəzza zolağında ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

"Azpolitika" TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın rəsmi Telegram kanalında dərc olunub.

“Əl-Şati qaçqın düşərgəsində Haniyə ailəsinin evinə zərbələr endirilib, HƏMAS lideri İsmayıl Haniyənin bacısı da daxil olmaqla 10 mülki sakin həlak olub", - məlumatda deyilir.

Qəzza Səhiyyə Nazirliyi işğalçı İsrail hərbçilərinin gün ərzində keçirdiyi əməliyyatlar nəticəsində həlak olanlarla bağlı hələlik dəqiq məlumat verməyib.

Qeyd edək ki, çərşənbə axşamı səhər “Əl-Ərəbiyyə” telekanalı Haniyyənin bacısının anklavda öldüyü barədə məlumat yayıb. Bildirilib ki, Əl-Şatidə Haniyyənin evinin atəşə tutulması nəticəsində 13 nəfər həlak olub.

Xatırladaq ki, aprelin 10-da işğalçıl ordunun Qəzzanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində Haniyyənin üç oğlu və dörd nəvəsi həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
azpolitika.info

2Mənbələr