AZ

Bu ölkədə ucuz mənzil üçün yeni addım

ABŞ-nin maliyyə naziri Janet Yellen yaxın üç il ərzində əlverişli mənzil maliyyələşdirilməsini dəstəkləmək üçün əlavə 100 milyon dollarlıq proqram yaradılacağını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, ABŞ-nin Maliyyə Naziri Janet Yellen Minneapolis şəhərində verdiyi açıqlamada mənzil tədarükünü artırmaq və xərcləri azaltmaq üçün yeni maliyyə mənbələrindən danışıb.

 Uzun müddətdir çox əhəmiyyətli mənzil təchizatı kəsiri ilə üzləşdiklərini vurğulayan Yellen bunun uyğunluq probleminə səbəb olduğunu ifadə edib.

Yellen ABŞ Konqresi, ştatları və yerli hökumətlərin ölkə daxilində xərcləri azaltmaq üçün mənzil tədarükünü artırmaq səylərini əsas gətirib. Onları daha çox tədbir görməyə çağırıb.

Qlobal maliyyə böhranına baxmayaraq, 2000-ci ildən 2019-cu ilə qədər mənzil qiymətlərinin iki dəfə artdığını deyən Yellen yüksək mənzil xərclərinin ölkə daxilində amerikalıların böyük bir seqmentinə təsir etdiyini vurğulayıb.

Yellen yaxın üç ildə əlverişli mənzil maliyyələşdirilməsini dəstəkləmək üçün əlavə 100 milyon dollarlıq proqram yaradılacağını və yeni proqramın ilk növbədə ölkədə əlverişli mənzil təminatının artırılmasına yönəldiləcəyini bildirib.

 Yellen həmçinin federal ipoteka kreditorlarını mənzil proqramlarına xərcləri artırmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr