AZ

Futbol"Zirə" klubunun Avropa Liqasındakı rəqibi heyətini əlcəzairli futbolçu ilə gücləndirib

"Zirə" klubunun UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) heyətini yeni futbolçu ilə gücləndirib.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol təmsilçisi əlcəzairli Sid Əhmədlə müqavilə imzalayıb.

Rusiyanın ÇSKA klubundan transfer edilən 19 yaşlı yarımmüdafiəçi son 6 ayı icarə əsasında "Şerif"də keçirib. 2023-cü ildən Əlcəzairin U-19 millisinə dəvət alan S.Əhməd meydana çıxdığı 6 oyunda 1 qol vurub.

Qeyd edək ki, "Zirə" "Şerif"lə ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə 18-də evdə keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
6
far.az

8Mənbələr