AZ

Daxili siyasətDeputat enerji doldurma məntəqələrində parklanma ilə bağlı cərimənin iki dəfə artırılmasını istəyir

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanması üçün cərimə 20 manat nəzərdə tutulub və bu, çox azdır.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, enerji doldurma məntəqələrinin sayı azlıq təşkil edir: "Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan, həmin cəriməni 40 manat etsək yaxşı olar".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
19
far.az

10Mənbələr