AZ

Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlanıb » AzadMedia.az



Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb. Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb. M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
14
azadmedia.az

10Mənbələr