AZ

HƏMAS liderinin ailə üzvləri öldürüldü

HƏMAS lideri İsmayıl Haniyənin 10 ailə üzvü İsrailin hava hücumu nəticəsində həlak olub.

News24.az yenisabah-a istinadla xəbər verir ki, İsrail vertolyotunun Qəzza şəhərinin şimalında Haniyənin evinə endirdiyi zərbə nəticəsində ən azı 13 nəfər həlak olub. Ölənlərdən 10-u onun bacısı da daxil olmaqla onun qohumlarıdır”.

Bu, İsrail ordusunun Haniyənin evinə ilk hücumu deyil. Aprelin 10-da evə gedərkən onun 3 oğlu və bir neçə nəvəsi öldürülüb.

Haniyə özü uzun illərdir ki, Qətərdə yaşayır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
news24.az

2Mənbələr